"AB-nin sanksiyaları cavabsız qalmayacaq" LAVROVDAN SƏRT TƏPKİ

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Birliyi ilə Rusiya arasındakı yaranan təzyiqdən sonra səssizliyi pozub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Lavrov Qərb ölkələri və Avropa Birliyinin (AB) sanksiyalarını cavabsız qoymayacaqlarını söylədi.

Ermənistanın paytaxtı İrəvana rəsmi səfər edən Lavrov Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşdən sonra birgə mətbuat konfransında Rusiya ilə AB arasındakı münasibətlərə toxunub.

AB və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam etdiyini qeyd edən Lavrov, bu investisiyaların "əsassız" və "qanunsuz" olduğunu diqqətə çatdırıb.

Lavrov konfransda bildirib: "Rusiyaya, Rusiya rəhbərliyinə, rus millət vəkillərinə və şirkətlərimizə qarşı bu cür hücumları cavabsız qoymayacağıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə