"Moderna"nın üçüncü dozası COVID-19-un yeni ştammlarına qarşı təsirlidir

"Moderna"nın üçüncü dozası COVID-19-un yeni ştammlarına qarşı təsirlidir

"Moderna"şirkətində koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvdənd dozasının təsiri barədə açqılama verilib.

SİA-nın məlumatına görə, bunu sinaqların ilkin nəticələri göstərib.

Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.

15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozasına bədənin dözümlüyünü da qeyd etdi.

Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə