Moldovada birinci dozada peyvənd olunan 300-dən çox insan koronavirusa yoluxub

Moldovada koronovirus əleyhinə birinci dozada peyvənd olunan 300-dən çox insan bu virusa yoluxub.

SİA yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Moldovanın Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri Anjela Paraskiv məlumat verib.

Onun sözlərinə görə, birinci doza koronavirusa yoluxmamağı sığortalamır.

“Moldovada 151 465 nəfər koronavirusa qarşı birinci dozada vaksin olunub ki, onlardan 332 nəfəri bu virusa yoluxub”, - deyə Ahjela Paraskiv əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə