Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

SİA "sozcu.com.tr" xəbər saytına istinadla xəbər verir ki, Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, ölkəsinin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini vurğulayan Türkiyənin dövlət başçısı bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə