Deyirəm, son zamanlar bu ermənilər daha da nankorlaşıblar. Ölkənin başbilənləri daha nə etmədilər ki, bu nankorlar Ermənistandan qaçmasınlar? O günləri Nikol Paşinyan ölkəyə təzə, "perspektivli" bir iqtisadiyyat naziri də təyin edib: Vahan Kerobyan. Bu adam ölkədə qaçmağa imkanı olmayanlar üçün hər şey edəcəyinin ilk variantını artıq açıqlayıb. Onun mülahizəsinə görə, dünya xalqları Ermənistana, heç olmasa, ilk olaraq turist kimi gəlməyə can atdıqları halda, yerli ermənilər niyə ölkədən qaçırlar axı?
Baxın, o gün Ermənistan Mərkəzi Bankının sədri Martin Galastyan bu il Ermənistana gələcək turistlərin sayının ötən illərə nisbətən xeyli az olmasına baxmayaraq, amma onları qane etdiyini bildirib. Təbii ki, bu Galastyanın Ermənistana gələcək turistlərin sayı ilə bağlı ehtimalıdır. Amma unutmaq lazım deyil ki, ehtimal təsadüfi hadisənin baş verməsinin mümkün də edə bilər.
Onu da deyim ki, təzə iqtisadiyyat naziri Vahan Kerobyan bank müdiri Martin Galastyandan fərqli olaraq, bu ilin sonuna qədər Ermənistana gələcək turistlərin pulun-parasını yığışdıra bilməyəcəklərini ehtimal kimi yox, "real fakt" kimi bəyan edir. Amma bəzi ermənilər pul-paranın Ermənistana təzəcə ayaq açdığı bir vaxtda, nə yolla olursa-olsun ölkədən qaçmaq barədə düşünürlər. Bəs, bu, nankorluq deyil, nədir?
Məsələ bundadır ki, bu gün erməni rəhbərləri ölkədən qaçanların qarşısını almaq üçün baş sındırırlar. Məsələn, Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun mütəxəssisi, demoqraf Artak Markosyan erməniləri "sakit davranmağa" dəvət edir. O deyir ki, ölkədə daxili siyasi vəziyyət sabitləşsə ölkədəki ermənilər "şad-xürrəm" yaşaya bilərlər.
Bundan əlavə, o, Ermənistanın bölgələrində həyat səviyyəsinin yaxşılaşdırılmasını təklif edir. Deyir, yüksək mədəniyyətə malik olan millətimiz üçün bölgələrdəki yaşayış səviyyəsini paytaxtdakı yaşayış səviyyəsinə yaxınlaşdırmaq, lap elə çatdırmaq lazımdır. Daha sonra o deyir ki, bölgədən İrəvana gəlib təhsil alan erməni gənclərin sonradan paytaxtda qalmasına mane olmamaq lazımdır.
Əslində, bu da gözəl təklifdir. Amma, bir müəmması olmasa: yaxşı, bölgədən gəlib təhsil aldıqdan sonra geriyə dönməyəcəyi təqdirdə, mütəxəssisi olmayan bölgələri necə inkişaf etdirmək olacaq?
Qeyd edək ki, Artak Markosyan bu gün Ermənistanda miqrasiyanın, əsasən, əmək xarakteri daşıdığını bildirsə də, amma bunun qarşısını almaq üçün konkret həll yolunu göstərə bilmir.
Təbii ki, Ermənistanın daxili siyasi və sosial-iqtisadi həyatında sabitləşmə baş verəcəyi təqdirdə belə, ermənilərin qaxılıb bu ölkədə qalacaqlarına heç bir zəmanət vermək olmaz. Çünki onların özlərinin etirafına görə, ermənilər dünyaya toz kimi səpilməyə meyillidirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB