“Qanıtəmiz olmayan ermənilər” Lavrova şikayətçi düşüblər

“Qanıtəmiz olmayan ermənilər” Lavrova şikayətçi düşüblər

Erməni saytlarının yazdığına görə, vaxtilə Azərbaycan ərazisində - Hadrutda yaşayan ermənilər indi “doğma yerlərin” xiffətini çəkirlər. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana edəcəyi səfər ərəfəsində bir-neçə erməni Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına yığışaraq rus səlahiyyətlisinə şikayətçi düşmək istəyirlər.

Qeyd edilməlidir ki, “erməni xalqının humanistliyi” hətta burada da, yəni nazirlik qarşısına yığılan sadə ermənilərin “davranışlarında da özünü büruzə” verib. Yəni mitinqə toplaşan 5-6 erməni onları ərazidən uzaqlaşdırmağa çalışanlara “üzrxahlıq” edərək, bivaxt yığışmalarını Sergey Lavrovun İrəvana nə vaxt varid olacağı vaxtın dəqiq bilməmələri ilə əlaqələndiriblər. Doğrudan da, əsl “erməni humanistliyi”dir.

Erməni saytlarının yazdığına görə, guya Ermənistanın, eləcə də Qarabağın heç bir yerində yaşaya bilmədiklərini deyən “mitinqçilər” ancaq Hadruta qayıtmaq istədiklərini bildirirlər.

...Bax, “torpaq təəssüfü” çəkmək belə olar. Doğrudur, burada erməni səlahiyyətlilərinin barmağının olduğu şübhə doğurmasa da, amma başqa ermənilər üçün də “nümunə götürüləsi” əməldir. Bu, “humanist erməni əməli” onları yaxından tanımayanları, hətta kövrəldə, lap elə ağlada bilər...

...Amma ermənilər üçün “lənətə gəlmiş” faktlar başqa şeylər deyir. Beləliklə, elə ermənilərin özləri haqqında dediklərinə müraciət edək. Ermənilərin Qevorq Aslan adlı tarixçisi hələ 1914-cü ildə rus dilində nəşr etdirdiyi “Ermənistan və ermənilər” adlı kitabında yazır: “...biz ermənilərdə vətən hissi və siyasi bağlarla bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlıdır. Onlar harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər”.

...Deyirəm, bəlkə elə, Lavrova şikayətçi düşmək istəyənlər “qanıtəmiz ermənilər” deyillər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə