7 ölkə başçısı iyun ayında görüşəcək

7 ölkə başçısı iyun ayında görüşəcək

Dünyanın yeddi qabaqcıl sənayeləşmiş ölkəsini bir araya gətirən G7 qrupunun xarici işlər nazirləri İngiltərənin paytaxtı Londonda bir araya gəlib. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, xarici işlər nazirləri səhiyyə və demokratiya kimi məsələlərlə bağlı üz-üzə görüşüblər.

İngiltərə xarici işlər naziri Dominik Raab bu ilki iclasda bildirib ki, ümumi problemlərin aradan qaldırılması üçün demokratik cəmiyyətləri bir araya gətirmək və həmrəylik nümayiş etdirmək üçün bir fürsətdir. İki il davam edəcək iclasda ev sahibi İngiltərə, getdikcə aqressivləşən Rusiya, Çin və İranın demokratik cəmiyyətlərə və beynəlxalq hüquqa meydan oxuduğuna dair xəbərdarlıq edib.

Beynəlxalq problemlər və koronavirus peyvəndi də iclasın gündəmdədir. İclasda dünyada koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün vaksinasiyanın vacibliyi vurğulanıb. Varlı ölkələr vaksin ehtiyatlarını qlobal miqyasda paylamaq istəmirlər.

Qeyd edək ki, 11-13 iyun tarixlərində İngiltərənin “Cornvall”da keçiriləcək Dövlət Başçıları Sammiti üçün hazırlıq işləri gedir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə