Misir Fransadan döyüş təyyarəsi alıb

Misir Fransadan döyüş təyyarəsi alıb

Misir və Fransa 30 “Rafale” hərbi döyüş təyyarəsi almaq üçün müqavilə imzaladılar.

Misir Silahlı Qüvvələrinin mətbuat rəhbəri Tamir Muhammed Rifai “Twitter” hesabında Misir Silahlı Qüvvələri ilə Fransız Dassault Aviasiya Şirkəti arasında bir müqavilə imzalandığını bildirdi.

Misir Silahlı Qüvvələrinin mətbuat rəhbəri , Misirin Fransa ilə 30 Rafale döyüş təyyarəsi almaq barədə razılığının ən azı on il müddətinə krediti yolu maliyyəsinin ödənəcəyi barədə qeyd edib.

Mətbuat katibi Rifai açıqlamasında iki ölkə arasında 2015-ci ildə 24 Rafale döyüş təyyarəsinin alınması üçün bir razılaşma olduğunu xatırlatdı.

Misir səlahiyyətlilərinin əvvəlki açıqlamalarına görə, 2015-ci ildə imzalanan müqaviləyə uyğun olaraq 24 Rafale döyüş təyyarəsi Misir Silahlı Qüvvələrinə təslim edildi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə