Deyir, abırlı abırından çəkinər, abırsız nədən çəkinər? Təbii ki, erməni saytlarına ötəri də olsa, nəzər salsanız, bunun əyani sübutuna şahidlik edə bilərsiniz. Məsələn, bu gün Xankəndidə özünü müvəqqəti “səlahiyyətli”lərdən biri olduğunu anlasa da, amma bunu büruzə verməməyə çalışan David Babayan adlı birisi Şuşada baş verən tikinti abadlıq içlərindən “narahatlıq hissi” keçirdiyini bildirir.
Maraqlıdır ki, erməni abırsızı bunu erməni mətbuatına “mədəni soyqırım, mədəni terrorizm, daha nə bilim mədəni nasizm” kimi təqdim edir. Qeyd edək ki, bunu bir müddət əvvəl, hətta xarici saytlarda belə yayımlanan videokadrlarda evdəki unitaza ikiəlli sarılıb aparan bir xalqın nümayəndəsi deyir. Deyilənə görə, bu adamın hətta elmi dərəcəsi də var, yəni “erməni ziyalısıdır”. Bu “ziyalı” “erməni kimliyinə, onların olmayan tarixi yaddaş və qürurlarına” Azərbaycan tərəfindən dəyən “zərbə”dən narahatlıq hissi keçirsə də(?), “əzabkeş xalqına” “bu zərbə”yə də tab gətirməyi məsləhət görür.
Təbii ki, daxilən xəstə bir xalqın xəstə bir nümayəndəsindən başqa heç nə göləməyə dəyməz.
Qəribəsi budur ki, başqa ermənilər kimi, riyakarlığı hələ ana bətnində olarkən qanına hopmuş David Babayan azərbaycanlıların onların “qürur”larına zərbə vurmaqla, guya ermənilərin diqqətini “işğal olunmuş” ərazilərdə gördüyü işlərdən yayındırmağa çalışdığını bildirir.
Bu gün də “gəldim, gördüm, mənimsədim” amalı ilə yaşayan erməni nümayəndəsi hazırda Qarabağda baş verənlərin beynəlxalq təşkilatlara çatdırıldığını, amma hələlik müsbətə doğru bir cavab almadıqlarını da bildirir.
Maraqlıdır ki, erməni müxbirlərdən heç biri bu məqamda Babayana “niyə?” sualını ünvanlamır...
...Burada bir müddət bundan əvvəl İrəvanda çəkiliş aparan rusiyalı videobloger İlya Varlamova yerli Aqnessa adlı erməni memarın dedikləri yadıma düşür. İrəvanda çəkiliş zamanı ermənilərin əvvəllər bu şəhərə yalnız alış-veriş üçün gəlib-getdiklərini, digər millətlərlə müqayisədə azlıq təşkil etdiklərini deyən erməni memar, nədənsə, “digər” dedikdə azərbaycanlıların adını çəkmir.
Bu gün, “erməni şəhəri” İrəvanın 2800-dən artıq yaşının olduğunu dünyaya bəyan etmək də, elə erməni abırsızlığının bariz nümunəsidir. Əslində, “müasir elm bu uydurmanı təsdiq etmir. Xalqlar (ermənilər) fərdlərdən fərqli olaraq öz yaşlarını artırmağı sevirlər”. Bilirsiniz, bu fikirlər kimə məxsusdur: erməni tarixçi Qaregin Pastermacyana.
...Nə isə, qayıdaq David Babayana. Yenidən. ermənilərin “sülhsevər”, “humanist” bir xalq olduğunu bildirən “erməni ziyalısı” Azərbaycan əsirliyində olan “erməni terrorçularının” həyatından da narahat olduğunu dilə gətirir.
Amma ən təəccüblüsü isə, onun əsir ermənlərin “orqan satışına” dair səsləndirdiyi sərsəm fikirlərdir. Əslində, bu sərsəmləmə erməninin iç üzünü açaraq onun xainlik və saxtakarlıqla dolu olan daxili dünyasını ortaya qoyur.
Gərək ki, Ermənistanın ilk baş naziri Hovanes Kacaznuninin fikirləridir. O yazırdı: “...taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarıb tapmaq acınacaqlıdır: bu, bizim milli psixologiyamıza xas bir xüsusiyyətdir...”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB