Məşhur milyarder cütlük boşanır

"Microsoft"un qurucusu, amerikalı milyarder Bill Gates və xanımı Melinda Gates boşanmağa qərar veriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bill Gates "Twitter" hesabından etdiyi açıqlamada deyib: "Münasibətimiz haqqında çox düşündükdən sonra, evliliyimizə son vermək qərarı aldıq".

Gates rəsmi hesabından bildirib ki, evliliklərinin 27 ili ərzində 3 uşaq böyütdüklərini, qurduqları ailə təməli ilə vəzifələrinin davam edəcəyini ifadə edib. Bununla belə, düşünmürük ki, həyatımızın növbəti mərhələsində bir cütlük olaraq birlikdə davam edə bilək.

Üç övladı olan milyarder cütlüyün birlikdə qurduqları "Bill və Melinda Gates Foundation" adlı xeyriyyə təşkilatı var.

Qeyd edək ki, 65 yaşlı Bill Gates və 56 yaşlı Melinda Gates 1987-ci ildə tanış olublar və 1994-cü ildə evləniblər.

Melinda Gates, "Forbes" jurnalının "2020-ci ildə Dünyadakı 100 Ən Güclü və Uğurlu Qadın" siyahısında 5-ci yeri tutur. Dünyanın ən varlı 10 adından biri olan Bill Gatesin şəxsi sərvətinin təxminən 130 milyard dollar olduğu təxmin edilir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə