İtaliyada müsəlmanlar üçün halal məhsul istehsal olunur

İtaliyada müsəlmanlar üçün  halal məhsul istehsal olunur

İtaliya ərazisində ilk halal məhsullar istehsal edən şirkət Boloniyada fəaliyyətə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət İtaliya və xarici ölkələrə restoran və mehmanxanalar üçün halal ərzaq məhsulları satır.

\"Tre Alfieri Halal\" şirkətinin rəhbəri Hamza Pikkardo bildirib ki, bu məhsullar müsəlman icmasının halal ərzağa olan tələbatını tam şəkildə təmin edəcək. Bir neçə il öncə İslamı qəbul etmiş Pikkarda hesab edir ki, onların şirkətinin istehsal etdiyi məhsulların alıcısı yalnız müsəlmanlar deyil, digər dinlərdən olan sakinlər də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə