"Batman taksi sürür" Mersində görənləri təəccübləndirdi

"Batman taksi sürür" Mersində görənləri təəccübləndirdi

Covid-19 epidemiyası zamanı evlərindən çıxa bilməyən yaşlıların, ərzaq ehtiyaclarını ödəmək üçün könüllü olan Tektaş, öz təəssuratlarını bölüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o fikirlərini belə bildirib.

‘’Düşünürəm ki, insanlara, xüsusən də yaşlılara kömək etmək mənim vətəndaşlıq borcumdur. Çünki hər bir insanın, bu müddətdə köməyə ehtiyacı var və bunu etmək, məni öz ailəmdən olan birinə kömək etmək qədər xoşbəxt edir".

Tektaş, taksidə həmişə şokolad və kekslər olduğunu və yolda gördüyü uşaqlara paylayaraq, onları xoşbəxt etməyi sevdiyini bildirdi. Tektaş, "Batman" filmlərini izləməyə başladıqdan sonra bu formanı geyindiyini, ətrafından aldığı sıx maraqdan məmnun olduğunu və kostyumla çalışmağa davam edəcəyini bildirib.

Sərt karantin rejimi zamanı insanların daha çox xoşbəxtliyə ehtiyac duyduğunu, ifadə edən Tektaş, "sən insanların super qəhrəmanı kimi olursan. Çünki insanlara kömək etməyə çalışıram. Tələsik olanlara ehtiyac lazım olur, xəstəxanaya çatmaq üçün və s. Buna görə də mənə olan sevgi nümayişindən çox xoşbəxtəm’’ deyərək, fikrini tamamlayıb

Zərdüşt Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə