Belə görünür ki, Nikol Paşinyan siyasətçi kimi, özünü elə də doğrultmasa da, amma təyinat seçiminə söz ola bilməz. Məncə, erməni baş nazirin ölkə iqtisadiyyatına yeni təyinatını baş nazirin uğurlu təyinatı kimi dəyərləndirmək olar.
Doğrudur, Vahan Kerobyan Ermənistanın iqtisadiyyat naziri olaraq hələ tam təsdiq edilməsə də, amma, belə görünür ki, Nikol üçün ondan münasibi yoxdur. Zarafat deyil, bu vaxta qədər heç bir erməni iqtisadiyyat naziri ilin sonuna qədər Ermənistan iqtisadiyyatında ikirəqəmli böyümə sürəti təmin etmədiyi təqdirdə istefa edəcəyinə söz verməyib. Amma Vahan Kerobyan bunu edib və deyib ki, əgər dediklərim reallaşmasa, mən bu postdan könüllü olaraq istefa verəcəm.
Belə görünür ki, hələlik iqtisadiyyat naziri kimi tam səlahiyyətli olmasa da, hər halda Vahancan nəyəsə arxayındır. Amma nəyə? Məsələ bundadır ki, hazırda Ermənistanın bəzi başbilənləri bu istiqamətdə baş sındırırlar. Onlar iqtisadiyyat naziri səlahiyətini icra edən Kerobyanın Erməninstanın yaxən gələcəkdəki “işıqlı iqtisadiyyat”la bağlı hekayələrini həyəcansız dinləyə bilmirlər.
Belə görünür ki, Nikol öıkəyə iqtisadiyyat naziri seçimində yanılmayıb. Özünüz deyin, Siz heç Ermənistanda ilin sonuna qədər 7 faizlik iqtisadi artımı proqnozlaşdıran iqtisadiyyat nazırı görmüşdünüzmü? Təbii ki, yox! Amma yenə də neynəyəsən ki, ermənilər Kerobyanın dediklərinə “şübhə nümayiş” etdirirlər. Onlar hələ bir, utanmadan “anti-böhran naziri” ayaması verdikləri Vahana sual da ünvanlayırlar: “Vahancan, hansı ağıllı investor erkən seçki ərəfəsində öz kapitalını Ermənistana yatırar?”.
Məsələ bundadır ki, ermənilər sərmayə qoyduğu ölkədəki sosial-iqtisadi, siyasi böhrandan qətiyyən təşvişə düşməyən belə bir investoru görmək istəyirlər. Onlar ümidlə bunu gözləsələr də, amma hələ ki, görə bilməyiblər.
Əslində bu inandırıcı da görünmür. Çünki, vaxtilə hələ başqa millət nümayəndəsi olan iş adamlarını demirəm, elə xaricdəki erməni iş adamları da Ermənistana yatırdıqları sərmayənin sonradan min cür fırıldaqla əllərindən alndıqları heç kiməə sir deyil.
Buna görə də, hazırda bu ölkədə iqtisadiyyat naziri səlahiyətini icra edən birinin iqtisadi məsələlərə yanaşmasında məntiq axtarmaq faydasızdır.
Deyim ki, bunu ermənilərin özləri deyir. Onların dediyinə görə, bu adam, altıncı aydır ki, ölkə iqtisadiyyatının mövcud vəziyyətini və perspektivlərini qiymətləndirməkdə məntiq nümayiş etdirir.
Maraqlıdır ki, bəzi ermənilər ölkənin ən önəmli sahəslərindən biri olan iqtisadiyyat sahəsinin belə bir adama həvalə edilməsinə təəccüb edirlər. Amma yenə də maaraqlıdır ki, bu adam ilin sonuna qədər ölkədə iqtisadi böyümə sürətinin ikirəqəmli olmayacağı təqdirdə istefa edəcəyini “ciddi şəkildə” vəd edir.
Yeri gəlmişkən, xatırladaq ki, bir müddət bundan əvvəl Beynəlxalq Valyuta Fondu Ermənistanda iqtisadi artımın 1 faiz səviyyəsində proqnozlaşdırıb. Əslində, bu da ehtimaldır.
Amma, Kerobyanın 7 faiz artımı haradan çıxardığı, hələ ki, erməni iqtisadçıları üçün müəmma olaraq qalmaqdadır. Ay səni, Vahancan...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB