Onlara inanmıram, heç bir zaman dürüst davranmadılar – Ərdoğan

Onlara inanmıram, heç bir zaman dürüst davranmadılar – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cenevrədəki Kipr görüşü ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, Ərdoğan Kİpr probleminin həlli ilə bağlı görüşün 2-3 ay sonraya təxirə salınmasına diqqət çəkib.

“Mən Cənubi Kiprə güvənmirəm, inanmıram, onlar heç bir zaman dürüst davranmadılar. Doğru danışmadılar. İndi 2-3 ay sonrasına atıldı. Mən yenə bir nəticə alına bilinəcəyinə ehtimal vermirəm", - deyə o bildirib.

Yunanların dürsüt olmadığını qeyd edən Ərdoğan, "Bunlar Bürgenstock zirvə görüşündə də yalan söylədilər, aldatdılar və onun nəticəsində keçirilən referanduma da sayğı duymadılar. Şimal 65% "Bəli" deyərkən, cənub tam əksinə, bir o qədər də "Xeyr" dedi. Bunlar yalançıdıar, dürüst deyil. İnid yenə eyni şeyləri edirlər. Keçən dəfə bəzi görüşlər xarici işlər nazirlərimiz arasında keçirildi. yenə gəldilər, fərqli-fərqli şeylər söyləyirlər. Dürüst davrandıqları zaman bizdən dürüstlüyü görəcəklər, amma dürüst davranmadıqları müddətcə bunlarla razılaşmaya gəlmək mümkün deyil", deyə danışıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə