İranda kimya zavodunda yanğın baş verib FOTO

İranda kimya zavodunda yanğın baş verib FOTO

Bu gün saat 06:00 radələrində İranın Qum vilayətində kimya zavodunda güclü yanğın baş verib.

Bunu İranın Qum vilayətinin yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kərimi deyib.

H.Kəriminin sözlərinə görə, baş verən yanğın nəticəsində bir neçə partlayış qeydə alınıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürmə maşını cəlb olunub.

Kərimi əlavə edib ki, hadisədə ikisi yanğınsöndürmə maşını olmaqla 5 avtomobil yanıb. 2 yanğınsöndürmə əməkdaşı yaralanıb.

İranlı rəsmi yanğının söndürüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə