G7 XİN rəhbərləri Londonda qlobal təhlükələri və koronavirusu müzakirə edəcəklər

G7 XİN rəhbərləri Londonda qlobal təhlükələri və koronavirusu müzakirə edəcəklər

G7 ölkələri xarici işlər nazirləri 3-5 may tarixlərində Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə