Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz nümayişi zamanı 9 nəfər saxlanılıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Britaniya paytaxtının mərkəzindən keçən yürüşdə mindən çox insan iştirak edib.
İngiltərə şəhərlərində polisə əlavə səlahiyyətlər verən, o cümlədən etiraz nümayişlərini dağıtmaq, vandalizm və ictimai qayda pozuntularına görə cəzaları sərtləşdirən mübahisəli qanun layihəsinə qarşı nümayişlər koronavirus məhdudiyyətlərinə baxmayaraq mart ayından indiyədək davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB