Türkiyədə son sutkada yeni növ koronavirusdan 373 nəfər həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan 373 nəfər həyatını itirib
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 373 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxmaya görə, 242 194 nəfər test edilib, onlardan 28 817 nəfərin koronavirus testi pozitiv nəticə verib, 81 302 nəfər sağalıb, 3 525 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 504 nəfər ölüb. Türkiyədə indiyədək 4 849 408 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 405 199-u müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə