Sosial məsafəsiz dini mərasim

Pravoslav xristianların Qüdsdəki məhdudiyyətsiz müqəddəs atəş mərasimi keçirilib.

SİA xəbər verir ki, Qüdsdəki Müqəddəs Qəbir Kilsəsində təşkil edilən "Müqəddəs atəş" mərasimi 2 mindən çox pravoslav xristianını bir araya gətirdi. Keçən ildən fərqli olaraq, bu il Covid-19 tədbirləri çərçivəsində keçrilməsi üçün iştirakçıların sayı məhdudlaşdırılmadı. Sosial məsafə saxlanmadan keçirilən dini mərasimdə heç bir qabaqlayıcı tədbir görülməyib.

Qeyd edək ki, Pasxanın ən vacib mərasimlərindən biri olan və 9-cu əsrə aid olan mərasimdə minlərlə insan iştirak edir. Xristianlığın müqəddəs yerlərindən biri sayılan kilsə Şərqi Qüdsdə yerləşir. Xristianlar İsa Məsihin bu kilsədə çarmıxa çəkildiyini və sonra göyə qalxdığına inanırlar. Tarix boyu xristianlığın fərqli məzhəbləri arasında qarşıdurmaya səbəb olan Müqəddəs Qəbir Kilsəsinin açarları 2 fələstinli müsəlman ailəsində saxlanılır. Sultan Abdülmecid, xristianlar arasındakı döyüşə son qoymaq üçün Qüdsün tanınmışlarından olan iki müsəlman ailəyə kilsənin açarlarını verdi. Bu gün də kilsələrin qapıları bu müsəlman ailələr tərəfindən açılır və bağlanır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə