Tacikistanla sərhəddə atışma: qırğızlar arasında ölü və yaralı sayı artıb

Tacikistanla sərhəddə atışma: qırğızlar arasında ölü və yaralı sayı artıb

Tacikistanda sərhəddə baş verən silahlı qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 163-ə çatıb, 31 nəfər ölüb. SİA xəbər verir ki, 29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib.

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında toqquşma altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40-a yaxın insan ölüb, 200-dən çoxu isə yaralanıb. 29 aprel axşamı tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər, lakin ertəsi gün yenidən atışma başlaybı.

Dünən isə tərəflər arasında növbəti atəşkəsə imza atılıb. Prezidentlər arasında danışıq prosesi başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə