Hatayda tunel aşkarlanıb QEYRİ-ADİ TAPINTILAR ÇIXDI

Hatayda tunel aşkarlanıb QEYRİ-ADİ TAPINTILAR ÇIXDI

Türkiyənin Milli Müdafiə Nazirliyi "Hatay" bölgəsindəki sərhəd personalının diqqəti sayəsində Suriyadan Türkiyəyə bir tunel qazıldığının təyin olunduğunu bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nazirliyin "twitter" hesabında "Hataydakı qəhrəman sərhəd heyətimizin diqqəti sayəsində Suriyadan Türkiyəyə bir tunel qazıldığı müəyyən edilib. Bir generator, 2 hilti, əl arabası, 300 metrlik kabel, qazma, kürək və batareya aşkarlanıb" ifadələr daxil edilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə