Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Şərqi Qüdsdəki çıxılmaz vəziyyətə görə, İsraili günahlandıraraq seçkiləri təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mahmud Abbas, İsrailin Şərqi Qüdsdə səs verməyə icazə verəcəyini təsdiqləmədiyini söyləyərək planlanan parlament seçkilərinin təxirə salındığını elan etdi.
Abbas, açıqlamada, son on beş ildə ilk dəfə xalq seçkilərində səs verməyə hazırlaşan fələstinlilər arasında geniş bir xəyal qırıqlığına səbəb olacağına dair fikir bildirib.
Fələstin qanunvericilik şurası üçün səsvermə 22 Mayda keçiriləcək, Prezidentliyə səsvermə iyul ayının sonuna təyin edilmişdi.
Cümə axşamı Ramallahda fələstinli qrupların toplantısında çıxış edən Abbas, 2006-cı ildən bəri ilk dəfə seçki qərarı verməyin, milli birliyə nail olmaq və İordan çayının qərb sahili ilə Qəzza arasındakı bölünməyə son qoymaq üçün bir cəhd olduğunu söylədi.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB