Əfqanıstanın şərqindəki Lovgar vilayətinin mərkəzi olan Pul-i Alemdə kamikadzenin bomba yüklü avtomobili partlatması nəticəsində ən az 30 nəfər ölüb və 90 nəfər yaralanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Səlahiyyətli orqanlar çox sayda insanın xəsarət aldığını və ölənlərin sayının arta biləcəyini bildirib. Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Partlayışdan sonra çox sayda təcili yardım və təhlükəsizlik qrupları hadisə yerinə cəlb edilib. Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen verdiyi açıqlamada, Pul-i Alem şəhərində yerli vaxtla saat 19.00 radələrində bomba yüklü avtomobil ilə bir hücumun edildiyini söyləyib.
Logar şəhər Şurasının rəhbəri Hasibullah Stanikzey, hücumun bir qəbilə liderinin qonaq evinin qarşısında həyata keçirildiyini bildirib. Hücumun niyə belə bir yeri hədəf aldığı hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB