Yaponiyanın Honşu adasının şimal-şərq sahillərində 6,6 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Honşu adasının şimal-şərq sahillərində 6,6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. SİA-nın məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib. Məlumata əsasən, yeraltı təkanların episentri Miyaqi prefekturası yaxınlığında olub. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Fukusima, İbaraki, Ivate, Tokio, Saytau, Tibu prefekturaları daxil olmaqla ölkənin bir sıra şimal-şərq və prefekturalarında güclü yeraltı təkanlar hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə