Rusiyada sərnişin avtobusu kafeyə çırpılması nəticəsində 3 nəfər ölüb

Rusiyada sərnişin avtobusu kafeyə çırpılması nəticəsində 3 nəfər ölüb

Rusiyanın Xabarovsk bölgəsində içərisində 2 sürücüdən əlavə 32 sərnişin olan avtobus qəza törədib.

SİA xəbər verir ki, bu barədə bölgə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Təcili yardım helikopteri ilə yaralılar xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə