İsraildə neft emalı zavodunda yanğın baş verib

İsrailin Hayfa şəhərində Bazan neft emalı zavodunda yanğın baş verib.

SİA-nın məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti Ətraf Mühitin Qorunması Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, zavodda yanğın borusunun zədələnməsi nəticəsində baş verib. Yanğın və xilasetmə briqadaları alovu lokallaşdırmağı bacarıb.

Zavodun fəaliyyətinin dayandırıldığı bildirilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə