Tacikistanla sərhəddəki silahlı münaqişə nəticəsində Qırğızıstanın 31 vətəndaşı həlak olub. SİA “Sputnik Qırğızıstan” agentliyinə istinadən xəbər verir ki, bunu Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin birinci müavini Aliza Soltonbekova aprelin 30-da keçirilən brifinqdə bildirib.
Saat 18:00-a (Bakı vaxtı ilə saat 16:00-a) olan məlumata görə, xəsarət alanların ümumi sayı 154 nəfərə çatıb.
43 yaralı təyyarə ilə Bişkekdəki tibb müəssisələrinə çatdırılıb. İki yaralının vəziyyəti ağırdır.
Ancaq Tacikistan ölən və yaralananların sayını rəsmi formada açıqlamayıb. Ölkənin İsfara şəhərinin İcra Hakimiyyətindəki mənbə “Asiya-Plus” agentliyinə bildirib ki, silahlı toqquşmalarda təxminən 10 qırğız ölüb, 90 nəfər yaralanıb. Tacikistanın rəsmi qurumları bu məlumatı nə təsdiq, nə təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB