"Praqada Türk markalı avtobusların olması çox sevindiricidir" SƏFİR-FOTOLAR
Çexiyada Praqa Bələdiyyəsi BMC istehsal etdiyi avtobusları bu gün ictimai nəqliyyat parkına əlavə edib.
Türkiyənin Praqadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Türkiyənin Praqadakı səfiri Egemen Bağış və ticarət məsləhətçisi Berat Demirci Cörüt Praqada təşkil edilən təhvil mərasiminə qatılıb.
Çexiyada fəaliyyət göstərən "BusPlan" firmasının rəhbəri Fateh Kaplanın vasitəçiliyi ilə Praqa bələdiyyəsinə 5 avtobus satılıb.
Səfir Bağış Anadolu Agentliyinə açıqlamasında bildirib ki, Praqada ictimai nəqliyyatda Türk markalı avtobusların olması çox sevindirici haldır, bunun iki ölkə arasındakı ticarət əlaqələrinin artmasına kömək edəcəyini ifadə edib. BMC tərəfindən istehsal olunan avtobusların TEMSA-dan sonra toplu nəqliyyatda istifadəsinin qarşılıqlı baxımdan əhəmiyyətli olduğunu vurğulayan Səfir nəzərə çatdırıb.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB