Rusiyanın uzaq şərqində yerləşən Xabarovskda hökumət vətəndaşları covid-19 peyvəndlərinə təşviq etmək üçün 10 ədəd pulsuz yumurta veriləcəyini açıqlayıb. SİA-nın xarici mətbuatdan istinadən verdiyi məlumata görə, Xarabovskun sosial məsələlər üzrə sədr müavini Yevgeny Nikonov bildirib ki, peyvənd olunmuş 60 yaşdan yuxarı insanlara 10 yumurta pulsuz veriləcək. Bu gün və sabah 14:00-da peyvəndlənmə məntəqəsində yumurta paylanmasının həyata keçiriləcəyi və bu günə qədər 1,3 milyon əhalisi olan Xabarovskda 78 mindən çox insanın peyvənd olunduğu ifadə edilib.
Qeyd edək ki, ölkədə epidemiyanın başlanğıcından bəri aşkar olunan ümumi sayının 50 mindən çox olduğu və 380 nəfərin covid-19 səbəbi ilə öldüyü bildirilib.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB