Tacikistanla Qırğızıstan arasında "su müharibəsi" davam edir - FOTOLAR

Tacikistanla Qırğızıstan arasında "su müharibəsi" davam edir - FOTOLAR

Qırğızıstan-Tacikistan sərhədində, Qırğızıstanın Leylak bölgəsində atəş davam edir. Bu barədə Qırğızıstan Milli Xəbər Agentliyi (KNIA) Kabar Batken vilayətinin polis idarəsinə istinadən xəbər verir. Regional Daxili İşlər İdarəsindən verilən məlumata görə, Tacikistan tərəfi Leylək rayonunun İnternatsional kəndinin rəhbərini girov götürüb.

Azattyk Radiosu xəbər verir ki, kənd başçısı ölən iki qırğızıstanlı barədə məlumatları dəqiqləşdirmək üçün göstərilən ərazinin yaxınlığındakı yerə gələndə girov götürülüb. Bu faktla bağlı məhkəməyə qədər icraata başlanılıb.

İki ölkənin sərhədindəki su paylama stansiyası uğrunda mübahisə sonradan mülki vətəndaşlar arasında qarşıdurmaya, əlbəyaxa davaya səbəb olub. Məsələyə hərbçilər də cəlb olunub, atışma baş verib. Hər iki ölkənin hərbi rəhbərliyi atışmanın baş verdiyi əraziyə əlavə hərbi qüvvələr cəlb edib. Həmin günün axşamı tərəflər atəşkəs barədə razılığa gəlməyi bacarıblar. Artıq 30 aprel səhəri Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin sabitləşdiyi bildirildi.

Qırğızıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyi, Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə nəticəsində 13 nəfərin öldüyü, 134 nəfərin isə yaralandığı barədə xəbər yayıb. Bundan əlavə, Qırğızıstanda onlarla yaşayış binası, məktəb və sərhəd zastavası yandırılıb. Tacikistan KİV-ləri taciklər tərəfdən təxminən 90 yaralı və 10 nəfərin öldüyünü bildirir. Amma məlumatın rəsmi təsdiqi yoxdur.

Tərəflər tam atəşkəs, şəxsi heyətin və hərbi texnikanın daimi yerləşdirmə yerlərinə çəkilməsi, həmçinin gərginliyin artmaması üçün tədbirlərin görülməsi barədə ortaq bir bəyanat yaydılar.

Bütün xəbərlər Facebook səhifəmizdə