Dini festivalda izdiham

İsrailin Safed şəhəri yaxınlığında yerləşən Meron dağında BaOmer Festivalda yaranan 44 nəfər öldü və 103 nəfər yaralandı.

Meron Dağındakı festival zamanı gecə yarısından sonra mənşəyi bilinməyən izdiham meydana gəldi.

Hadisədə ciddi xəsarətlərin olduğu barədə məlumat aldıqda bölgəyə 6 təcili yardım vertolyotu göndərildi və çox sayda həkim qrupu festivala cəlb olunub.

Baş nazir Binyamin Netanyahu, "ciddi bir fəlakət" olduğunu və yaralıların yaxşılaşması üçün lazımi işlərin aparıldığını bildirdi.

Hadisə Lag BaOmer tətilinin qeyd olunduğu şimalda yerləşən Safed qəsəbəsi yaxınlığında Meron dağında baş verib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə