Fransada koronavirusun Hindistanda aşkarlanan ştammına yoluxma halı qeydə alınıb
Fransanın cənub-qərbində Lo və Qarona departamentində koronavirusun Hindistanda aşkarlanan ştammına yoluxma halı qeydə alınıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yeni Akvitaniya bölgəsinin regional Səhiyyə Agentliyinin rəhbəri Benua Elbood deyib.
B.Elbood bildirib: "Bu, bölgəmizdə təsdiqlənmiş ilk haldır. Sözügedən yoluxma halı Tuluza laboratoriyasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilib. Biz bunun daha yoluxucu bir variant olduğuna və vaksinlərə qarşı bir qədər daha davamlı olduğuna şübhə edirik".
Məlumata əsasən, yeni ştamm Hindistandan gələn Fransa vətəndaşında qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB