Tacikistanla sərhəddəki silahlı toqquşmalar zamanı 96 Qırğızıstan vətəndaşı yaralanıb

Tacikistanla sərhəddəki silahlı toqquşmalar zamanı 96 Qırğızıstan vətəndaşı yaralanıb

Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 96 nəfərə çatıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin Batken vilayəti üzrə koordinatoru Arzıbek Borubekov deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 38 nəfəri paytaxtdakı xəstəxanalara göndərilib.

Xatırladaq ki, daha əvvəl 3 nəfərin öldüyü, 51 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər. Bu gün yerli vaxtla saat 20:00-dan atəşkəs elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə