Qırğızıstan və Tacikistan arasındakı sərhəddə atışma dayandırılıb. SİA xəbər verir ki, bu barədə cümə axşamı Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən RİA Novostiyə məlumat verilib.
"Hadisə yerində atışma dayandırılıb. Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin bölmələri və birləşmələri həmin təmas bölgəsində, yerli hökumət orqanları, güc strukturları və hüquq mühafizə orqanları ilə birlikdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görürlər”, deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri çərşənbə günü Tacikistan tərəfinin nümayəndələrinin elektrik xəttinin dirəklərinə kameralar quraşdırmağa çalışdıqları üçün sərhədin bir hissəsində başlayan qarşıdurma barədə məlumat veriblər. Qırğızıstan tərəfinin nümayəndələri buna qarşı çıxıblar və dirəyi kəsməyə başlayıblar. Bundan sonra münaqişə iştirakçıları bir-birlərinə daş atıblar.
Cümə axşamı gecəsi qarşıdurma dah da kəskinləşib, atışma başlayıb. Daha sonra, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi, iki ölkənin hərbi hissələrinin sərhədində atışmanın baş verdiyi barədə məlumat verib, Tacikistan tərəfini minaatan ekipaj mövqeləri qurmaqda və Qırğızıstan sərhəd zastavalarına hücumda günahlandırıb. Hazırda tərəflər atəşkəs barədə razılığa gəliblər. Qarşıdurmalarda hər iki tərəfdən də 80-dən çox insan yaralanıb, altı nəfər ölüb.
Diqqətə çatdıraq ki, Qırğızıstan-Tacikistan dövlət sərhədinin bir hissəsi, vaxtaşırı olaraq iki ölkənin yerli əhalisi və ya sərhəd mühafizəçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb bölünməmiş hissələrdir, burada dövlətlər arasındakı sərhədin harada yerləşdiyini müəyyənləşdirmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB