Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: 1 ölü, 17 yaralı

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: 1 ölü, 17 yaralı

Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında atışma baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, insident sərhədçilər arasında baş verib. Bölgədə olan mülki şəxslər təxliyə edilib.

Hazırda insidentin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə