“…Diqqətəlayiq haldır ki, bu gün Ermənistanda “köhnəni”, yəni konkret olaraq, Serj Sarkisyanı tənqid etdiyinə görə özünü təsdiqləmə kompleksindən əziyyət çəkən bir çox qüvvələr var. Əslində, məni bu qüvvələrin taleyi az maraqlandırır, məni daha çox maraqlandıran Ermənistanın taleyidir”. Nə gözəl, nə gözəl...
Bilirsiniz, bu sözləri kim deyir, “sabiq” qalmaqdan bezdiyini etiraf etmək məcburiyyətində qalan, Serj Sarkisyanın “önəmli təbliğatçısı” Eduard Şarmazanov. Bu gün Serj başda olmaqla, hədəflərinin Nikol və nikolizmə qarşı “məhsuldar mübarizə” olduğunu bildirən sabiq “təbliğatçı”, nədənsə, Serjlə bağlı bəzi reallıqları dilə gətirməkdən çəkinir. Məsələn, Şarmazanov niyə, 2016-cı il Aprel müharibəsindən sonra “başbiləni” Sarkisyanın ermənilərə sırıdığı yalanların tükəndiyini demir. Niyə, Şarmazanov Sarkisyanın həmin döyüşlərdə böyük itkilər verən ermənilərin müharibənin dayandırılacağı təqdirdə hər cür şərtlərə razılıq verəcəyini öz xalqından gizlədir.
Məgər, Sarkisyan heç bir dirəniş göstərmədən hakimiyyətini elə-belə Nikol Paşinyana verərdimi? Təbii ki, yox! Çünki o, bir məsələdə deyildiyi kimi, “tülküdən də üç gün qabaq doğulan” Sarkisyan Ermənistan üçün gözlənilən təhlükəni yaxşı görürdü. Buna görə də, hakimiyyətini kiməsə “ötürərək” özünü gözlənilən təhlükədən sığortalamaq həmən ərəfədə Serjə vacib idi.
Amma indi Şarmazanovun vaxtilə Ermənistan Respublika Partiyasında onunla təmsil olunan tör-töküntülərlə yanaşı, digər erməniləri də yenidən Serj Sarkisyan tərəfdarlarına səs verməyə çağırması gülünc görünür. Qeyd edək ki, bir müddət bundan əvvəl elə Şarmazanovun özünün Ermənistanda keçiriləcək erkən seçkilərdə onun partiyasının iştirak edib-etməməyəcəyi barədə yekun qərar vermədikləri barədə dedikləri heç bir həqiqətə sığmır.
...Yeri gəlmişkən, bildirək ki, bu günlərdə 2018-ci ilin aprelində Serj Sarkisyanın “Nikol Paşinyan haqlı idi, mən səhv etdim” fikirlərini xatırladanlara sabiq üçüncü prezident özü başda olmaqla partiyadaşlarının “canavar”, rəqiblərinin isə, çaqqal olduğunu bildirib. Əslində, burada qeyri-adi heç nə yoxdur, çünki “kor kora kor deməsə, bağrı çatlar”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB