Keyt Middleton ilk şahzadə vəzifəsini yerinə yetirib- FOTOSESSİYA

Keyt Middleton ilk şahzadə vəzifəsini yerinə yetirib-  FOTOSESSİYA

Keyt Middleton ilk şahzadə vəzifəsini yerinə yetirib. Böyük Britaniyaya rəsmi səfəri zamanı ABŞ-ın prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama bu ilin ən çox müzakirə olunan cütlüyü ilə görüşüblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfər zamanı Barak Obama və həyat yoldaşı Böyük Britaniyanın şahzadəsi Uilyam və Keyt Midletonla (Ketrin) görüşüb.

Toydan sonra Seyşel adalarında bal ayına gedən cütlük vətənlərinə qayıtdıqdan sonra ilk görüşünü həyata keçiriblər. Hersoq və hersoginiya statusu aldıqdan sonra Keyt Middleton və Şahzadə Uilyam ilk dəfə olaraq Bukinqem sarayında Barak və Mişel Obamanı qəbul ediblər.

10 dəqiqə çəkən rəsmi görüşdə Ketrin "Reys" brendindən olan 175 funt sterlinq dəyərində libası ilə iştirak edib.

Baxmayaraq ki, ABŞ prezidenti cütlüyün toy mərasiminə dəvət almamışdı, ancaq onlar yeni evlənənləri təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə