Çində naməlum şəxsin özəl uşaq bağçasına hücumu nəticəsində 2 uşaq ölüb, 16-sı yaralanıb

Çində naməlum şəxsin özəl uşaq bağçasına hücumu nəticəsində 2 uşaq ölüb, 16-sı yaralanıb

Çinin Beylu şəhərində naməlum şəxs özəl uşaq bağçasına bıçaqla hücum edib.

SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində uşaqlardan 2-si ölüb, 16-sı yaralanıb.

14 uşağa tibbi yardım göstərilib, onlardan 2-si əməliyyata götürülüb.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə