Çinin Beylu şəhərində naməlum şəxs özəl uşaq bağçasına bıçaqla hücum edib.
SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində uşaqlardan 2-si ölüb, 16-sı yaralanıb.
14 uşağa tibbi yardım göstərilib, onlardan 2-si əməliyyata götürülüb.
Hadisənin motivləri araşdırılır.