Donbasdakı gərginlik necə davam edəcək? Zelenskidən Putinə mesaj

Donbasdakı gərginlik necə davam edəcək? Zelenskidən Putinə mesaj

Müharibə şaiyələri Ukrayna ilə Rusiya arasında Donbasda gərginliyi artırarkən, Ukrayna Prezidenti Zelenskidən Putinə bir çağırış gəldi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbəbrə görə, İtalya mətbuatına danışan Zelenski, Putinlə görüşmək üçün ən yaxşı yerin katoliklərin dini mərkəzi olan Vatikan olduğunu söyləyib.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Vatikan Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək üçün ideal bir yerdir. İtaliyanın "La Republika" qəzetinə verdiyi müsahibədə Zelenski vurğulayıb ki, Putinlə görüş baş verməlidir və bunun Donbasdakı müharibəyə son qoyulması üçün lazım olduğunu bildirdi.

"Neytral zona" da görüş olmalıdır.

Görüş yerinin Vatikan ola biləcəyi sualına cavab olaraq Zelenski, Vatikanın sülh danışıqları üçün ideal bir yer olduğunu söyləyib.
Zelenski, Vatikanın bitərəf olduğunu və bu səbəbdən digər "oyunçulardan" ayrıldığını qeyd edib.
Zelenski, 26 Aprel tarixində, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermaka Putinlə görüş təşkil etməsini tapşırdığını bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə