Yeni arxeoloji tapıntı YENI FOTOLAR ÜZƏ ÇIXDI

Yeni arxeoloji tapıntı YENI FOTOLAR ÜZƏ ÇIXDI

Qədim Misir: Eramızdan əvvəl 6000-ci ilə aid 110 türbə aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Misir Turizm və Tarixi Sənətlər Nazirliyi Qahirədən təqribən 150 kilometr şimal-şərqdə, Dakahliya əyalətində yerləşən Koum al-Khulgan arxeoloji yerində üç fərqli dövrə aid 110 qədim məzar tapıldığını açıqlayıb.

Açıqlamada, oval formalı 68 türbənin Miladdan əvvəl 6000-3150-ci il tarixli Xanədanlıq dövrünə aid olduğu ifadə edildi. Arxeoloji tapıntılar arasında sami xalqının qədim Misirə hakim olduğu İkinci Orta Dövr (e.ə. 1782-1570) kimi tanınan antik dövrlərdən olan 37 düzbucaqlı məzar var.

Arxeoloji ekspedisiya böyüklər və uşaqların skeletlərini, cənazə avadanlığı və saxsı qablar kimi əşyaları tapdı. Misir, 2011 Ərəb baharından və sonrasından Covid-19 epidemiyasından mənfi təsirlənən turizmi canlandırmaq üçün arxeoloji qazıntıları sürətləndirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə