Emmanuel Makrona ehtiyatda olan generallardan "hərbi çevriliş" eyhamlı məktub ünvanlanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi xəbərə görə, ehtiyatda olan 20 general və 80 zabitin imzaladığı məktubda, "islamçılar tərəfindən Fransanın parçalanmasını dayandırması" tələb olunur. “Vətəndaş müharibəsinin qarşısını almaq üçün hərbi çevriliş zəruri ola bilər”, – məktubda qeyd olunur. Sağ partiyanın başqanı Marine Le Pen, 80 zabitin və 20 generalın imzaladığı bu məktubu dəstəkləyib.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB