Hindistanda xəstəxanalarda yer yoxdur, covid xəstələri evdə yaşamaq üçün mübarizə aparırlar.
SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Dehli xəstəxanaları və bir çox başqa şəhər xəstəxanaları covid xəstələri ilə doludur, buna görə insanlar evdə müalicə edilməyin bir yolunu axtarırlar. Həmçinin, oksigen balonlarının və ən çox istifadə edilən dərmanların qiyməti qara bazarda nəzarətsiz olaraq artır. Dehlidəki xəstəxanalarda koronavirus səbəbindən yer qalmayıb. Oksigen balonu satan yerlərdə balonların hamısı bitib və xəstə yaxınları axtarışını qara bazarda davam etdirir. Qara bazarda bir oksigen balonu almaq üçün 50 min rupi (Hindistan pul vahidi, təxminən 3min manat) ödəmək lazımdır. Balonların normal qiyməti isə 6 min rupidir.
Xatırladaq ki, Hindistanda bir gündə iki mindən çox ölüm sayı qeydə alınıb. Hindistan pandemiyanın ilk dalğasını nəzarətdə saxlamağı bacardı və ölkədə tezliklə normallaşma işləri aparıldı.
Ancaq ikinci dalğa Hindistanı daha güclü bir şəkildə vurdu. Xəstəxanalardakı oksigen ehtiyatları tükənib. Xəstə yaxınlarını covid-ə yoluxan insanları müalicə üçün xəstəxana qapılarına gətirir. Bəzi covid xəstələri həkimin qəbuluna düşə bilmir və xəstəxana qarşısında həyatlarını itirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB