Rusiya tələb edir ki, NATO BMT Təhlükəsizlik Şurası qarşısında özünün Liviyada apardığı hərbi əməliyyatlar barədə hesabat versin. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının Şimali Atlantik Alyansındakı daimi nümayəndəsi Dmitri Roqozin məlumat verib.
O bildirib ki, məhz NATO BMT qətnaməsinin icrasını öz üzərinə götürdüyünə görə, o BMT Təhlükəsizlik Şurası qarşısında öz əməliyyatları barədə hesabat verməlidir.
Roqozin eyni zamanda bildirib ki, NATO-nun əməliyyatları artıq BMT qətnaməsini icra etməyə deyil, Qəddafi rejiminin devrilməsinə yönəlib və bu da qətnaməyə ziddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB