Almaniyada təhlükəli xəstəlik artıq 100-dən çox insanı ölümlə üz-üzə qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniyanın şimalında yayılan təhlükəli bağırsaq infeksiyası nəticəsində əksəriyyəti orta yaşlı qadınlar olan 130 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan 40-nın vəziyyətinin ağır olduğu, 2 nəfərin isə süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Bir nəfər isə artıq dünyasını dəyişib.
Həkimlər xəstəliyin olduqca qeyri-adi sürətlə yayıldığını qeyd edirlər. Bu təhlükəli bakteriya insan orqanizminə əsasən ona yoluxmuş məhsullar, xüsusən də çiy və ya tam bişirilməmiş məhsullar və ya çiy südlə daxil olur. Əlamətləri isə qanlı ishal, hərarət və öyümədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB