Anders Foq Rasmussen: \"NATO nüvə silahlarının təhlükəsizliyindən narahatdır\"
\"Pakistandakı nüvə silahlarının təhlükəsizliyi məsələsi NATO üçün çox vacibdir\". SİA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Əfqanıstana səfəri çərçivəsində verdiyi açıqlaması zamanı deyib.
Rasmussen NATO üçün önəmli olan bu məsələdə Pakistana güvəndiyini bildirib: \"Taliban qoşunlarının hücumlarından sonra NATO da Pakistandakı nüvə silahlarının təhlükəsizliyi mövzusunda müəyyən narahatlıq keçirir. Lakin, Pakistanın bu mövzuda təhlükəsizliyi tam təmin etdiyinə inanıram. Nə qədər inam olsa belə, təbii ki, bu məsələ NATO-nun ciddi nəzarətindədir\".
Xatırladaq ki, Pakistanın Karaçi şəhərinə dünən təşkil edilən terror hücum nəticəsində 12 Pakistan əsgəri həlak olmuşdu, 4 Taliban silahlısı isə öldürülmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB