Braziliyanın Milli Agentliyi "Sputnik V" peyvəndinin ölkəyə idxalına icazə verməyib

Braziliyanın Milli Agentliyi "Sputnik V" peyvəndinin ölkəyə idxalına icazə verməyib

Braziliyanın Milli Sanitariya Nəzarəti Agentliyi Rusiyanın koronavirusa qarşı istehsal etdiyi "Sputnik V" peyvəndinin ölkəyə idxalına və istifadəsinə icazə verməyib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qərarı iclas zamanı Agentliyin idarə heyətinin bütün üzvləri təsdiq edib.

Agentliyin rəhbəri Antoniu Barra Torres bildirib ki, qərar hazırkı vəziyyətə və tədqiqatlara uyğun olaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə