Avropa İttifaqıKomissiyası viza rejimində dəyişiklik edəcək. SİA-nın məlumatına görə, viza rejiminin aradan qaldırılması nəticəsində balkan ölkələrindən insan axını çoxalıb.
AİKomissiyasının nümayəndəsi məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, viza rejiminin ləğv olunmasından istifadə edən ölkələr var və bu heç də xoş hal deyil: \"Serbiya və Makedoniya başda olmaqla balkan ölkələrindən son günlərdə insan axını elə bir həddə çatıb ki, nəticədə Aİ viza rejimində dəyişiklik edilməsi qərarına gəlib. Bu üsulla, Aİ Komissiyası viza rejiminin ləğv olunmasından yersiz istifadə hallarının qarşısını almağa çalışacaq\".
Qeyd edək ki, Aİ-nin qərarına görə, vizanın ləğv olunduğu ölkələrdən qeyri-qanuni və kütləvi insan axını halları artarsa, həmin ölkələrdə yenidən viza rejimi tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB