İordaniya Liviya müxalifətini tanıdı

İordaniya Liviya müxalifətini tanıdı

İordaniya Liviyada müxalifət hakimiyyətini tanıdı. SİA-nın məlumatına görə, rəsmi İordaniya Liviyada müxalifət nümayəndələrinin yaratdığıMilli Keçiş Şurasını tanıdığını bildirib.

Məsələ ilə bağlı açıqlama verənİordaniyanın xarici işlərnaziriNasırCudeməlumatı təstiqləyib: \"İordaniya hökuməti uzunmüddətli müzakirələr nəticəsində Liviyada müxalifət üzvlərinin birlikdə yaratdığı şuranı tanımağa qərar verdi. Çox yaxın zamanda da qərarımızın göstəricisi olaraq,Benqazi şəhərinə nümayəndəmizi göndərəcəyik. Eyni zamanda,təyin olunan rəsmi nümayəndəmiz Benqazi şəhərinə səfər xarakterli deyil daimi fəaliyyət göstərmək üçün gedəcək\".

Qeyd edək ki, Liviyadakı müxalifət şurasını İordaniyadan əvvəl Fransa və İtaliya tanımışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə