ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluqları ehtiyat tədbiri olaraq bağlanacaq

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluqları ehtiyat tədbiri olaraq bağlanacaq

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluqları 26-27 aprel tarixlərində ehtiyat tədbiri olaraq bağlanacaq.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, səbəb kimi ABŞ Prezidenti Co Baydenin “eməni soyqırımı” ifadəsini işlədəndən sonra diplomatik nümayəndəliklərin qarşısında nümayiş və ya etiraz aksiyalarının ola ehtimalı göstərilib.

Bu səbəbdən ABŞ-ın Türkiyədə yerləşən səfirliyi, Baş Konsulluğu, Konsulluq Agentliyi qeyd edilən günlərdə ABŞ vətəndaşları üçün gündəlik fəaliyyətini müvəqqəti olaraq dayandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə